
"Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakımla bağlı yayılmış məlumat yüz faizli yalandır" -Akademik Rasim Əliquliyev
"2020-ci ildə Azərbaycanda pandemiya ilə bağlı karantin elan olunduğu,toy məclislərinin təşkilinin rəsmən qadağan edildiyi bir vaxtda, AMEA-nın o zamankı prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakımla bağlı yayılmış xəbərin heç bir əsası yoxdur.Haqqımda yayılmış məlumat yüz faizli yalandır."
Bunu AMEA-nın vitse-prezidenti,AR Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutunun direktoru,akademik Rasim Əliquliyev Faktinfo.az-a açıqlamasında bildirib.
Qeyd edək ki,bir sıra saytlarda 2020-ci il avqustun 18-də AMEA-nın o zamankı prezidenti Ramiz Mehdiyevin nəvəsinin keçirilən toy mərasimində AMEA-nın vitse-prezidenti,akademik Rasim Əliquliyevin də iştirak etməsinə dair xəbər verilib.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın