Rauf Vəliyevin seçicilərlə izdihamlı görüşü -

Rauf Vəliyevin seçicilərlə izdihamlı görüşü - Foto/Video

104 saylı Gədəbəy-Tovuz dairəsindən deputatlığa namizəd Rauf Vəliyev seçicilərlə növbəti görüşünü Gədəbəyin Novosaratovka kəndində keçirib.

Faktinfo.az xəbər verir ki, kənd klubunda baş tutan görüşü builki parlament seçkiləri çərçivəsində Gədəbəydə deputatlığa namizədlərlə keçirilən ən izdihamlı görüş adlandırmaq olar. İnsanların kütləviliyi, coşğusu və Rauf Vəliyevə göstərdiyi yüksək etimad diqqətçəkən olub.

Tədbiri el-obanın ağsaqqalı, görkəmli ziyalısı Zaman Rəhimov açıb.

O, Rauf Vəliyevin görkəmli bir nəslin nümayəndəsi olduğunu, atasının, babalarının da rayonda xüsusi hörmət qazandığını vurğulayıb. Daha sonra fikir bildirən seçicilər Rauf Vəliyevin indiyədək daima onların yanında olduğunu, xeyriyyəçlilik əməllərinin bütün obaya yayıldığını bildiriblər. Sakinlər məhz Rauf müəllimi deputat kimi görmək istədiklərini, onun kəndlilərlə dövlət arasında körpü rolunu oynayacağına əmin olduqlarını söyləyiblər.

Sonda çıxış edən Rauf Vəliyev bu qədər inam və dəstəkdən qürurlandığını, həmişəki kimi hər an el-obanın içində olacağını bildirib:

“Bizim əsas məqsədimiz komanda şəklində Gədəbəyimizə, Tovuzumuza xidmət göstərməkdir. Deputat seçilərəmsə, bizim hər kənddə nümayəndəmiz olacaq. Həmin nümayəndələr vasitəsilə bütün qayğılarınızdan, çətinliklərinizdən xəbərimiz olacaq və bunların həlli üçün əlimdən gələni edəcəm.

Mən eyni zamanda əslən gədəbəyli və tovuzlu iş adamlarını öz doğma rayonlarına sərmayə qoymağa çağıracağam. Onların həm özlərinin pul qazanması, həm də yeni iş yerlərinin açılması istiqamətində dövlətimizə dəstək olması üçün zərurui addımlar atacam.

Əziz həmyerlilərim! Hər birinizə veridyiniz dəstəyə görə minnətdaram. Mən sizlərdən güc alıram. Bugünkü görüşdən də çox böyük qürur hissi və ilhamla ayrılıram. Əmin olun ki, mənə səs versəniz, qarşıdakı 5 ilin hər günündə, hər dəqiqəsində sizin etimadınızı doğrultmaq üçün səylə çalışacam”./Axar.az

Rauf Vəliyevin seçicilərlə izdihamlı görüşü -Rauf Vəliyevin seçicilərlə izdihamlı görüşü -Rauf Vəliyevin seçicilərlə izdihamlı görüşü -Rauf Vəliyevin seçicilərlə izdihamlı görüşü -Rauf Vəliyevin seçicilərlə izdihamlı görüşü -
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi