Rayonlarda 7-8, Bakıda 12 manata satılan mal əti - Video

Rayonlarda 7-8, Bakıda 12 manata satılan mal əti - Video 

Rayonlarda bir kiloqramı 6-7 manata təklif olunan dana əti paytaxtda 11-12 manata satılır. Maraqlıdır, bu qədər fərq niyə yaranır?

Satıcılar bunu müxtəlif səbəblərlə izah edirlər.

Xəzər TV xəbər verir ki, Bərdənin pərakəndə ət bazarında mal əti 6-8, quzu əti isə 9-10 manatdır.

Satıcıların sözlərinə görə, ümumiyyətlə son 4 ayda ət ucuzlaşmaqda davam edir. Hələ bundan sonra da ucuzlaşmanın olacağı istisna edilmir.

Rayonlardan fərqli olaraq paytaxtda ət ucuzlaşmayıb. Bakıda mal ətinin qiyməti hələ də 11-12 manat arasında dəyişir.

Satıcılar paytaxtda ətin ucuzlaşmamasını müxtəlif səbəblərlə izah edirlər.

Satıcılar bu gedişlə hələ paytaxda ətin bir az da bahalaşacağını deyirlər. Buna səbəb son günlər benzinin və yemin qiymətinin artmasıdır. Xüsusilə də hazırda rayondan Bakıya mal gətirmə xərcləri bir qədər artıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi