Rektor bir milyon manata mənzil alıb? 

Faktinfo.az-ın elektron poçtuna göndərilən və ictimailəşdirilməsi məsləhət bilinən məlumatda qeyd edilir ki,ölkədə fəaliyyət göstərən bəzi ali məktəb rektorları ağızdolusu şəffaflıq və obyektivlikdən danışır,universitetlərdə rüşvət alınmamasını xüsusi vurğulayırlar.Amma onların övladlarının dəbdəbəli həyatına,yaşadıqları evə,sürdükləri maşınlara baxdıqda bunun əksini düşünməli olursan.

Sayta daxil olan məlumatda bildirilir ki,bir neçə ay əvvəl rektorlardan biri Bakının ən bahalı yeni tikililərdən hesab olunan ”Port Baku” yaşayış kompleksindən 1.000000 manata( bir milyon)220 kvadrat metrlik ev alıb.Daha təəccüblüsü  isə odur ki,rektor aldığı evin təmirinə də əlavə olaraq 560 min manat (beş yüz altmış) vəsait xərcləyib.

Qeyd edək ki,belə bir qiymətə ev almaq, üstəlik də o cür təmtəraqlı təmir etdirmək rektor məvacibinə uyğun deyil. Belə çıxır ki,həmin şəxs bu ”uğur”a ya tələbələrdən topladığı rüşvət hesabına,ya da ki, biznesdən əldə edilən gəlir sayəsində nail olub. Birincinin həqiqətə daha yaxın olması yəqin ki,şübhə doğurmur.

Araşdırmalarımız davam edir...

 Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi