Rektor haqqında müsabiqəyə təqdim olunan yazı az bal toplayıb-Baş redaktor narazılıq edir

Rektor haqqında müsabiqəyə təqdim olunan yazı az bal toplayıb-Baş redaktor narazılıq edir 

Faktinfo.az xəbər verir ki,Təzadlar.az Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru ilə bağlı KİVDF-yə təqdim etdiyi yazı az bal toplayıb və müsabiqə zamanı həmin bal keçərli sayılmayıb.Bununla bağlı baş redaktor Asif Mərzili narazılığını ifadə edən yazı da yazıb.Hətta,saytın rəhbərliyi yazıda Ukraynaya səfərlərində çox mətləblərə aydınlıq gətirəcəklərini belə gizlətməyib. Sosial şəbəkələrdə,bəzi saytlarda müzakirə olunan bu mövzu kifayət qədər diqqət çəkib.

Faktinfo.az onu da bildirir ki,saytın müsabiqəyə təqdim etdiyi məqalə Ədalət Muradova elmlər doktoru və professor elmi adlarının verilməsinin düzgünlüyünü şübhə altına alan araşdırma yazısı olub.

Məlumat üçün xatırladaq ki,bir müddət əvvəl saytın yazdığına görə, Ə. Muradov rektor təyin olunan vaxta,yəni 5 mart 2014-cü ilə qədər elmlər doktoru kimi tanınsa da,ona yalnız 26.12.2014-cü ildə AAK tərəfindən iqtilsad elmləri doktoru adı verilib. Onun doktorluq dissertasiyasını 1998-ci ildə Ukraynada müdafiə etməsinə rəğmən müəyyən problemlər səbəbindən diplomunu ala bilməyib, yalnız 16 ildən sonra bu ada Azərbaycanda layiq görülməsi mümkün olub.

Bundan əlavə o, 21.11.2014-cü ildə professor adına layiq görülsə də, həmin vaxta qədər 10 ilə yaxın müddətdə yarım ştat professor məvacibi alıb. Məhdud bir vaxtda,özü də ardıcıllığın pozulması ilə iki ada sahiblənmək təbii ki, müəyyən şayiələrə gətirib çıxarıb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər