
Rektor üçün xoş olmayan xəbər: Dərbənd filialının 2023/2024-cü il məzunlarına diplom verilməyəcək
Elm və Təhsil Nazirliyindən UNEC-in Dərbənd filialının 2023/2024-cü il məzunlarına diplom verilməyəcəyi deyilib.
Faktinfo.az xəbər verir ki,bu barədə Mia.az-a filialın məzunları açıqlama veriblər.
Onların sözlərinə görə,mətbuatda şikayətlərinin işıqlandırılmasından sonra nazirlikdən onlara bir-bir zəng gəlir: "Bizə çox açıq şəkildə deyildi ki,"gedin sizi kimi filiala qəbul edibsə,onun yanına, onu verin məhkəməyə.Bizdən diplom gözləməyin". Biz anlaya bilmədik, nazirlik işçiləri Rusiya Təhsil Nazirliyini, yoxsa UNEC rektorunu nəzərdə tutur? İndi biz nə edək, hansı tərəfi məhkəməyə verək? Hara şikayətimizi edək?".
Məzunlar deyir ki, bir neçə məzun Elm və Təhsil Nazirliyini məhkəməyə verib: "Prosesdə, yəni, məhkəmə iclasında nazirliyin nümayəndəsi həmin məzunlara deyir ki, şikayətinizi geri çəkin. Nazirlikdən zəng edənlər isə deyir ki, gedin, sizi qəbul edənlərdən şikayət edin.Maraqlıdır, nazirliyin vahid mövqeyi yoxdur, yoxsa bir şöbə digərinin "kitabını oxumur?".
Təzadlı vəziyyət yaranıb. Bizi bu vəziyyətdən yalnız cənab prezident İlham Əliyev və birinci xanım hörmətli Mehriban Əliyeva çıxara bilər. Yoxsa nazirliklə UNEC rəhbərliyi arasında davam edən və bizə bəlli olmayan anlaşılmazlığın qurbanları olaraq, biz qapılarda qalacağıq. Niyə axı?!".
UNEC isə bir neçə gün əvvəl diplom arayışının nazirlik tərəfindən tezliklə təqdim olunacağını desə də, görünən odur ki, nazirliyin belə bir niyyəti yoxdur.
Elə isə sual yaranır: UNEC və onun rektoru Ədalət Muradov məzunların "başının altına yastıq" qoyur?".
Faktinfo.az
Bu xəbər üçün şərh yazın