46 saylı Şirvan Seçki Dairəsində mərhum Yavər Camalov faktoru-

46 saylı Şirvan Seçki Dairəsində mərhum Yavər Camalov faktoru- Rəşad Camalov seçkiyə hansı şərtlər altında gedir?

Parlament seçkilərinin keçiriləcəyi 9 fevral tarixi yaxınlaşdıqca deputatlığa namizədlər arasında mübarizə bir qədər də gərgin xarakter almağa başlayır.

Faktinfo.az bildirir ki,hazırda bu cür qızğın siyasi ab-havanın hökm sürdüyü dairələrdən biri 46 saylı Şirvan Seçki Dairəsidir.

Burada 20 nəfərdən çox iddiaçının namizədliyi qeydə alınsa da, təbliğat-təşkilat kampaniyasının ilk günlərindən mübarizə daha çox 4 şəxs arasında gedirdi. Bunlar bölgədə kifayət qədər nüfuz sahibi olan bitərəf namizəd Rəşad Camalov, BDU-nun hüquq fakültəsinin müəllimi Əsmər Əliyeva, “Müsavat” partiyasının təmsilçisi Əlikram Xurşidov, ADP-nin  üzvü Kamil İsayevdir.


Bir neçə gün əvvəl Əsmər Əliyeva şəxsi məsələləri səbəb gətirərək namizədliyini geri götürdüyündən mübarizə meydanında 3 ciddi iddiaçının qaldığını deyə bilərik. Siyahıdan göründüyü kimi, bitərəf namizəd Rəşad Camalov istisna olmaqla, digər 2 namizəd ölkədə kifayər qədər tanınan siyasi partiyaların təmsilçiləridir. Məhz bu səbəbdən onların hər birinin rayonda tərəfdarları var və bu üzdən müəyyən qədər yüksək səs faizinə ümid bəsləyə bilərlər.


Ancaq təbliğat-təşviqat kampaniyasının gedişi, aparılan müşahidələr göstərir ki, bitərəf namizəd Rəşad Camalov digər iddiaçıların hamısından bir xeyli öndə gedir. Bu vəziyyət bir neçə amillə izah edilə bilər. Burada hər şeydən əvvəl Rəşad Camalovun mərhum atasının adını – Yavər Camalov amilini vurğulamalıyıq. Bu həmin Yavər Camalovdur ki, uzun müddət ölkənin neft sənayesində rəhbər vəzifələrdə çalışıb, bu sahənin inkişafı üçün əlindən gələni edib,bunu inkar etmək qeyri -mümkündü. 


Daha sonra dərin biliyi və yüksək peşəkarlıq qabiliyyəti nəzərə alınaraq Yavər Camalov Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri vəzifəsinə təyin olunub.Daha doğrusu belə bir nazirliyi qurub yaratmaq ona həvalə edilib. Bu vəzifədə çalışdığı illərdə Yavər Camalovun müstəqil Azərbaycanın hərb sənayesinin yenidən qurulmasında və inkişafında, yeni-yeni silah növlərinin istehsalında, həmin silahların bir çoxunun Azərbaycan brendi ilə dünya bazarına çıxarılmasında,həmçinin hərbi arsenalımıza verilməsində və s. məsələlərdə müstəsna xidmətləri olub.


Yavər Camalov həm də xeyirxah, humanist insan kimi tanınırdı. O hər zaman Şirvan əhalisinə yardım əlini uzadıb, kasıba, imkansıza köməklik göstərib. Təbii ki, bütün bunlar Şirvan əhalisinin, Şirvan seçicisinin yadından çıxmayıb və bu amildə təbii ki, 9 fevralda səsvermə günü öz rolunu oynayacaq.Yəni, Yavər Camalovun bütün xeyirxah əməlləri  onun genetik daşıyıcısı olan Rəşad Camalovun aktivinə yazılacaq.


O ki qaldı Rəşad Camalovun özünə, onun da bölgədə kifayət qədər hörməti var. Hər kəs onu savadlı, bacarıqlı, xeyirxah bir şəxs kimi tanıyır. O,Şirvan sakinlərinin xeyir-şər məclislərində hər zaman yaxından iştirak edir.

Butün bu amilləri bilən rəqibləri sivil mübarizədə uduzacaqlarını anlayıb,  təbliğat-təşviqat dövründə qarayaxma kampaniyası aparmaqdan belə çəkinmədilər, onun sahibkarlıq fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan faktları, rəqəmləri bəzi saytlar vasitəsilə gündəmə gətirdilər, hətta 100-ə qədər obyektinin olduğunu bildirdilər. Halbuki həmin obyektlərlə Rəşad Camalovun heç bir əlaqəsi yoxdur (Biz sübut olmadığından həmin yazıların yayımını məqbul saymadıq – “Faktinfo.az”).


Bir sözlə, 46 saylı Şirvan Seçki Dairəsində vəziyyəti qiymətləndirərkən  mübarizənin Rəşad Camalov, Əlikram Xurşidov, qismən də  Kamil İsayevin arasında gedə biləcəyi proqnozlaşdırılır. O da həqiqətdir  ki,Əlikram Xurşidov və Kamil İsayev Rəşad Camalovdan elektoratları çox olan namizədlər kimi qəbul olunmurlar. 


Düzdür,müəyyən kəsim seçicilər bu şəxslərlə təbliğat-təşviqat zamanı görüşsələr də,etiraf edilməlidir ki, təcrübə və hər seçicinin psixologiyasına uyğun davranmaq seçki prosesində əsas əmsallardan hesab edilir.Eləcə də  seçici istənilən halda mövqeyini seçkiyə bir neçə gün,hətta saatlar  qalanda belə dəyişə bilir.Yəni namizədlə görüşən hər seçicinin  səsini həmin namizədə verəcəyi də beynəlxalq praktikada yekdil deyil.Elə buna görə də  Müsavat və ADP-nin nümayəndələrinin namizədliyi özü tərəfindən irəli sürülmüş Rəşad Camalovdan çox səs toplaya bilməyəcəkləri qənaətinə gəlmək olar. Hətta, Rəşad Camalovun yüksək səs çoxluğu ilə qalib gələcəyi  ehtimalı da mümkündür.

“Faktinfo.az”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi