Respublika Klinik Xəstəxanasının direktorunun qərarından daha bir həkim məhkəməyə müraciət edib

Respublika Klinik Xəstəxanasının direktorunun qərarından daha bir həkim məhkəməyə müraciət edib 

Xəbər verdiyimiz kimi TƏBİB- in tabeçiliyində olan M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasından işdən çıxardılan həkimlər,tibbi personal müxtəlif dövlət orqanlarına şikayətlər ünvanlayıb,xəstəxanada müxtəlif vaxtlarda yoxlamalar aparılıb.Hətta işdən çıxardılan bəzi həkimlərin məhkəməyə müraciət etmələrinə dair məlumatlar var.


Faktinfo.az saytının əldə etdiyi məlumata görə,işdən çıxardılan həkimlərin arasında Respublika Uşaq Klinik Xəstəxanasın direktor müavini Nərgiz Ələsgərli də var.Xəstəxanada gəzən söz-söhbətə görə,10 ilə yaxın direktor müavini vəzifəsində çalışmış Nərgiz Ələsgərli oktyabr ayının əvvəlində işdən azad olunub,onun isə  əmək məcəlləsinin tələbinin pozulduğunu əsas götürüb məhkəməyə müraciət etdiyi söylənilir.

Qeyd edək ki,Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımovdur.




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi