Respublika stadionunun arxasındakı ağaclar məhv edilir

Respublika stadionunun arxasındakı ağaclar məhv edilir 

Tofiq Bəhramov adına Respublika stadionunun arxasındakı meşəliyi məhv şəxslər haqqında polisə müraciət olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Nərimanov rayonunda ağacların məhv edilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı təxminən 600-700 m2 yaşıllıq sahəsində köküstə müxtəlif diametrli və iri gövdəli ümumilikdə 19 ədəd ağacın (16 şam və 3 aylant) yandırılaraq quruma dərəcəsinə qədər zədələndiyi məlum olub.

Faktla bağlı təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinə müraciət olunub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi