Ronaldo üçün 400 nömrəli forma – prezidentdən hədiyyə

Ronaldo üçün 400 nömrəli forma – prezidentdən hədiyyə 

“Real”ın prezidenti Florentino Perez Kriştiano Ronaldoya forma hədiyyə edib.

Qol.az-ın xəbərinə görə, Çempionlar Liqasının yarımfinalında "Atletiko"ya qarşı ilk matçda(3:0) het-trik edən portuqaliyalı futbolçu  Madrid klubunda vurduğu qolların sayını 400-a çatdırıb.

Bu gün komandanı məşq zamanı ziyarət edən F.Perez bu münasibətlə 32 yaşlı hücumçuya arxasında 400 yazılmış forma hədiyyə edib.

Qeyd edək ki, K. Ronaldo bu mövsüm ümumilikdə  41 oyunda  35 qol vurub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi