Ronaldonu təkcə “Real” təbrik etmədi

Ronaldonu təkcə “Real” təbrik etmədi 

Ötən gün portuqaliyalı futbolçu Kriştiano Ronaldonun 39 yaşı tamam olub.

Futbolçunun daha əvvəl oynadığı “Sportinq”, “Mançester Yunayted” və “Yuventus” klubları sosial şəbəkələrdə Ronaldonu təbrik ediblər.

Madrid “Real” isə onu ad günü münasibətilə təbrik etməyən yeganə keçmiş klubu olub.

Xatırladaq ki, hücumçu 2009-2017-ci illərdə “Real”da çıxış edərək klub tarixinin bombardiri olub. Madrid komandasının tərkibində dörd dəfə Çempionlar Liqası, iki dəfə İspaniya çempionatı, ölkə kuboku və Superkubok, həmçinin UEFA Superkubokunun qalibi olub. O, həmçinin üç dəfə Klublararası Dünya Çempionatının qalibi olub.

Qeyd edək ki, hazırda Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda oynayır. Bu mövsüm o, bütün yarışlarda 25 matçda iştirak edib, 24 qol vurub, 11 məhsuldar ötürmə edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi