Roza Şahverdiyevaya dosent elmi adı verilib
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 11.10.2024-cü il tarixli qərarı ilə İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru Roza Şahverdiyevaya elmi fəaliyyətə görə texnika elm sahəsinin 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (informasiya texnologiyaları üzrə)" ixtisası üzrə dosent elmi adı verilmişdir.
Dosent diplomu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev tərəfindən 18 oktyabr 2024-cü ildə Ali Attestasiya Komissiyasında təqdim olunmuşdur.
Bu münasibətlə İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından Roza Şahverdiyevanı ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətində yeni uğurlar arzulayırıq!
Bu xəbər üçün şərh yazın