Ruhi Əliyeva hər iki şəxsə təşəkkür etdi

Ruhi Əliyeva hər iki şəxsə təşəkkür etdi - FOTO

Bu barədə Ruhi xanım özü məlumat paylaşıb.


Məlumatda deyilir:

"Bu gün mənim üçün çox özəl bir gün oldu. Ona görə ki, başlatdığım yeni layihənin qonaqları iki böyük şəxsiyyət-Azərbaycanın böyük şairi Məmməd İsmayıl və hüquq elmləri doktoru, professor, Azərbaycanın əməkdar hüquqşünası İlham Rəhimov idi. Şair Məmməd İsmayılın qarşıdan gələn 85 illik yubleyi münasibətilə hazırlanan proqram elə maraqlı alındı ki, tərif etməsəm düz çıxmaz. Şairin uşaqlıq xatirələri, yaşadığı çətinliklər, tələbəlik illəri və s. barədə professor İlham Rəhimovla birlikdə etdiyi söhbətlər əminəm ki, hamının marağına səbəb olacaq. Mənim üçün son dərəcədə dəyərli olan hər iki şəxsiyyətə dəyərli vaxtlarını ayırıb layihəmdə iştirak etdikləri üçün öz təşəkkürümü bildirirəm".

Layihə Ruhi xanımın rəhbərlik etdiyi media qrupun platformasında yayınlanacaq.

Professor İlham Rəhimov Ruhiyyə Əliyevanın həyat yoldaşı və iki əkiz oğlunun atasıdır.


ruhi.jpg (174 KB)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər