Rusiya donanmasının qərargahı vuruldu: yaralılar var

Rusiya donanmasının qərargahı vuruldu: yaralılar var 

Rusiyanın Sevastopoldakı Qara dəniz Donanmasının qərargahı PUA hücumuna məruz qalıb.

Bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev deyib.

“Bu gün donanmanın qərargahının həyətinə PUA düşüb. Donanmanın 5 əməkdaşı yaralanıb, ölən yoxdur. Hadisə yerində FTX araşdırma aparır”, - Razvojayev bildirib.

Onun sözlərinə görə, Hərbi Dəniz Donanması Gününə həsr olunmuş bütün tədbirlər təhlükəsizlik səbəbindən ləğv edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi