Rusiya falçıları toplaşdı: Putini qorumaq üçün...

Rusiya falçıları toplaşdı: Putini qorumaq üçün... 

Moskvada Rusiyanın düşmənlərini qorxudan maraqlı olay yaşanıb.

Sputnik xəbər verir ki, bir qrup falçı Rusiya Prezidenti Vladimir Putini dəstəkləmək üçün bir araya gəlib. Məqsəd Rusiyanın gücünə əlavə güc qatmaq və ölkənin düşmənlərini lənətləmək olub.

Özlərini "Yenilməz falçılar imperatorluğu" adlandıran falçılar şeytani qüvvələrə qarşı Putinə dəstək vermək üçün Moskavadakı malikanələrində xüsusi bir ayin təşkil ediblər.

"Ey bizləri eşidən və eşitməyən, bizləri görən və görməyən, hər daim var olan və var olacaq olan, sözlərimi unutmayacaq qüdrət! Sözlərimlə Rusiyanın gücünə güc qat, Vladimir Putinin yolunu düzgün şəkildə və layiqincə işıqlandır", - ayinlərdən birində belə vurğulanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi