Rusiya həyəcan içində: hər gün onlarla bina boşaldılır...

Rusiya həyəcan içində: hər gün onlarla bina boşaldılır... 

Rusiyada terror təhlükəsi realdır. Buna görə də Rusiyanın güc strukturları, xüsusi xidmət orqanları yüksək hazırlıq vəziyyətinə keçirilib.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli son günlər Rusiyada anonim zənglərlə bomba xəbərdarlığının çoxalmasına münasibət bildirərkən deyib. O bildirib ki, buna əsas səbəb Rusiyanın Suriyadakı mövqeyidir:

“Rusiyanın Suriyada İŞİD-ə qarşı, mülki əhaliyə qarşı hərəkətləri ciddi etirazlara səbəb olur. Baş verən hadisələr də bundan qaynaqlanır. Hətta bir müddət əvvəl Rusiyanın Hələb şəhərini bombardman etməsi zamanı xeyli sayda mülki əhali həlak olmuşdu. Bu zaman ABŞ rəsmiləri Rusiyaya “vaxt gələcək burada əzab içində mübarizə aparan insanlar üzlərini siz tərəfə çevirəcəklər, terror sizi də öz ağuşuna alacaq” deyə bildirmişdilər. Həmin vaxt Rusiya bunu İŞİD-in ABŞ tərəfindən idarə edilməsi kimi qiymətləndirdi”.

Q.Hüseynli qeyd edib ki, baş verən hadisələr məğlub olan İŞİD-in son çırpıntılarıdır

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi