Rusiya qazı ölkəmiz vasitəsilə İrana svop ediləcək

Rusiya qazı ölkəmiz vasitəsilə İrana svop ediləcək 

Tezliklə Rusiya qazının Azərbaycan vasitəsi ilə İrana svop edilməsi sazişi icra olunacaq.

Trend.az-ın  verdiyi məlumata görə, bu, İranın Neft Nazirliyinin yaydığı məlumatda öz əksini tapıb.

Məlumata görə, Azərbaycan vasitəsi ilə gündəlik 15 milyon kubmetr qaz İrana svop ediləcək.

Belə ki, gündəlik 6 milyon kubmetr LNG qazı, həmçinin 9 milyon kubmetr maye qaz İrana svop ediləcək.

Məlumatda deyilir ki, İran qazının Pakistan və Omana ixrac olunması üzrə boru xətlərinin çəkilməsi, İranda LNG üzrə layihələr çərçivəsində işlərin həyata keçirilməsi İranın Milli Neft Şirkəti ilə Rusiyanın QazProm Şirkəti arasında imzalanan anlaşmanın digər müddəalarıdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi