"Rusiya sülhməramlılarının fəaliyyəti suallar doğurur" -

"Rusiya sülhməramlılarının fəaliyyəti suallar doğurur" - Nikol Paşinyan

“Qarabağdakı son olaylar Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur”.

Report.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

O iddia edir ki, hazırda Qarabağda Ermənistan hərbçiləri xidmət etmir:

“İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən regionda sülhün bərqərar olmasından yanadır”.

N.Paşinyan həmçinin Ermənistanın Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazır olduğunu vurğulayıb. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər