Rusiya “T-62” tanklarına keçib - Ən “cavanı”nın 52 yaşı var

Rusiya “T-62” tanklarına keçib - Ən “cavanı”nın 52 yaşı var - VİDEO

AzPolitika.info xəbər verir ki, bununla bağlı Ukrayna mətbuatında və sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Xəbərdə deyilir ki, hələ 2013-cü ildə Rusiya “T-62” tanklarını utilizasiyaya göndərməyə hazırlaşırdı. Hətta həmin vaxt Rusiya Müdafiə Nazirliyinin sözçüsü bu tanklar üçün yetərincə mərmi olmadığını və onların saxlanmasına xərc çəkməkdənsə, metaləritməyə göndərməyin daha sərfəli olduğuinu demişdi.

Sonuncu dəfə bu tanklar 2008-ci ildə Gürcüstanın işğalı zamanı rus ordusu tərəfindən istifadə olunub. Qeyd olunur ki, Rusiyanın yaşı yarım əsri ötmüş hərbi texnikadan istifadə etməyə başlaması işğalçı ordunun silah-sursat sarıdan çətinlik çəkməsinin növbəti göstəricisidir.











Birinci məlumatlanmaq üçün facebook səhifəmizi