"Rusiya Ukraynada sabitliyi pozmaq üçün "Maydan-3" adlı kampaniya planlaşdırır" -

"Rusiya Ukraynada sabitliyi pozmaq üçün "Maydan-3" adlı kampaniya planlaşdırır" - Zelenski

Rusiya Ukraynada sabitliyi pozmaq üçün "Maydan-3" adlı kampaniya planlaşdırır.

APA.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Prezident Ofisində jurnalistlərə müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya Ukraynada xaos yaratmaq və Prezidenti devirmək üçün yeni planlar hazırlayır. O, 2004 və 2014-cü illərdə Kiyevin mərkəzində baş verən hadisələri xatırladaraq əlavə edib ki, yerli kəşfiyyat orqanları və tərəfdaş ölkələrin kəşfiyyat xidmətləri də yeni planlar barədə məlumat əldə edib.

Ukrayna lideri həmçinin əlavə edib ki, HAMAS-İsrail münaqişəsi Ukraynaya silah-sursat çatdırılmasında gecikmələr yaradıb, çünki Ukraynanın ehtiyacı olan sursatlara, xüsusilə 155 mm-lik mərmilərə Yaxın Şərqdə güclü tələbat var.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi