Rusiya Ukraynanı bu raketlərlə vurdu: “Oreşnik”, “Xəncər”...

Rusiya Ukraynanı bu raketlərlə vurdu: “Oreşnik”, “Xəncər”... 

Rusiya hərbçiləri Ukrayna hərbi komandanlıq obyektlərinə "Oreşnik", "İsgəndər", "Xəncər" və "Zirkon" raketləri ilə kütləvi hücuma keçiblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasındakı mülki obyektlərə qarşı terror hücumlarına cavab olaraq, Rusiya Silahlı Qüvvələri Ukraynadakı hərbi komandanlıq obyektlərinə, hava bazalarına və müdafiə sənayesi müəssisələrinə "Oreşnik" ballistik raketləri, "İsgəndər" aeroballistik raketləri, "Xəncər" hipersəs aeroballistik raketləri, "Zirkon" qanadlı raketləri, hava, dəniz və quru əsaslı qanadlı raketləri, həmçinin pilotsuz uçuş aparatları ilə zərbələr endirib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Rusiya ordusu paytaxt Kiyevə kütləvi raket hücumu edib. Hücumlar nəticəsində 2 nəfər həlak olub, 56 nəfər yaralanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi