Rusiyada azərbaycanlıların bazarına 4 min polis yeridildi: Narkotik satışı, qeyri-qanuni miqrantlar...

Rusiyada azərbaycanlıların bazarına 4 min polis yeridildi: Narkotik satışı, qeyri-qanuni miqrantlar... 

Bu saatlarda Rusiyanın Rostov şəhərinin Aksaysk rayonunda yerləşən 4 iri bazarda xüsusi əməliyyat keçirilir.

Əməliyyata 4 minə yaxın polis və xüsusi təyinatlı cəlb edilib. Məlumata görə, polisə həmin bazarlarda narktoik satışı və qeyri-qanuni miqrantların olması barədə xəbər daxil olub.

KİV-in onu da qeyd edir ki, həmin bazarlar yerli iş adamı, azərbaycanlı Kərim Babayevə məxsusdur. Bir qədər əvvəl Kərim Babayev və oğlanları haqda cinayət işi qaldırılmışdı. Onun oğlu Vadim həbs edilsə də, özü istintaqdan yayına bilmişdi. Hazırda onun axtarışı aparılır. /lent.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi