Rusiyanın “Mir” kartı bloklanır – Qazaxıstan və Vyetnam bankları da imtina qərarı verdi

Rusiyanın “Mir” kartı bloklanır – Qazaxıstan və Vyetnam bankları da imtina qərarı verdi 

Qazaxıstan Xalq Bankı (Halyk Bank) və Vyetnamın BIDV bankı ABŞ Maliyyə Nazirliyinin Rusiyadan kənarda Rusiya ödəniş sistemindən istifadəni dəstəklədiyinə görə sanksiyalar tətbiq etməyə hazır olduğu barədə xəbərdarlıqları fonunda Rusiyanın “Mir” ödəniş sistemindən kartların qəbulunu dayandırıb.

 “İzvestiya”nın yaydığı xəbərə görə, Qazaxıstanın “Halyk Bank”ının çağrı mərkəzindən nəşrə bildiriblər ki, Rusiya kartlarına nə terminallar, nə də bankomatlar vasitəsilə xidmət göstərilmir. Oxşar məlumat Vyetnam bankında da verilib. Eyni zamanda, BIDV VISA, Mastercard, Western Union, JCB, UnionPay kartlarını qəbul etməyə davam edir.

Xatırladaq ki, sentyabrın 19-da Türkiyənin iki bankı, Türkiyənin ən böyük özəl bankı "İş Bankası" və "DenizBank" Rusiyanın “Mir” ödəniş sistemi ilə işi müvəqqəti dayandırıb.

Keçən həftə "Financial Times" qəzeti yazıb ki, ABŞ və Aİ Türkiyəyə Rusiya bankları və xüsusən də Rusiya ödəmə sistemi “Mir” ilə əməkdaşlığa görə təzyiq edir.

ABŞ Dövlət Departamenti bildirib ki, ölkə təkcə Türkiyədə deyil, Qafqaz və Mərkəzi Asiya ölkələrində də Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınma ilə mübarizə aparmaq niyyətindədir. Bundan əvvəl ABŞ Milli Ödəniş Kart Sisteminin baş direktoru Vladimir Komlevə qarşı sanksiyalar tətbiq edib.

Rusiya Bankı vurğuladı ki, xarici tərəfdaşlar "Mir" kartlarının qəbulu ilə bağlı öz qərarlarını verirlər. Eyni zamanda, ödəniş sisteminin saytında "Mir" kartlarının qəbul edildiyi ölkələr artıq göstərilmir. Daha əvvəl qeyd edilib ki, ödəniş sistemi ilə Türkiyə, Vyetnam, Ermənistan, Cənubi Koreya, Özbəkistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və özünü "Abxaziya" və "Cənubi Osetiya" respublikaları adlandıran qurumların bankları ilə əməkdaşlıq edir. İran, Myanma, Nigeriya, Bəhreyn, Tailand, Hindistan, Azərbaycan, Çin, Misirin də bu sistemə qoşulması müzakirə edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi