Rusların İrəvana sirli axını: Gizlinlər üzə çıxır -

Rusların İrəvana sirli axını: Gizlinlər üzə çıxır - SƏN DEMƏ...

Ukraynada münaqişə başlayandan sonra ruslar Ermənistanda 10 minə yaxın şirkət açıb.


"Cebhe.info"-nun məlumatına görə, iqtisadçı Ani Avetisyan martın 20-də "Cənubi Qafqaz: Ukrayna müharibəsi kontekstində tendensiyalar və perspektivlər" mövzusunda aparılan müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinin başlanması ilə əlaqədar rusların Ermənistana köçməsindən sonra Ermənistanın informasiya texnologiyaları sektorunun potensialı 25 faiz artıb.

“Eyni zamanda, rusların Ermənistana relokasiyası mənzil qiymətlərinin 60 faizdən 100 faizə qədər artmasına, həmçinin erməni dramın dəyərinin artmasına, ticarət və xidmət sahələrində inflyasiyaya səbəb olub. 2022-ci ildə Ermənistandan ixrac 80 faiz artıb. 2023-cü ildə isə göstəricilər daha sadə olub”-məlumatda belə deyilir.

Qeyd edək ki, Rusiyaya məxsus müxtəlif hüquqi şəxslərin Ermənistanda fəaliyyət göstərməsi nəticəsində iki ölkə arasında ticarət dövriyyəsi 2023-cü ildə sürətlə artaraq 7,3 milyard dolları ötüb. Bu isə Rusiyaya sanksiyalardan yayınmağa imkan verir.

Xüsusilə də Ermənistanın daxili tələbatdan artıq idxal etdiyi mikrosxemlər və mikrociplərlə idarə olunan müasir texnologiyalı avadanlıqları bu şirkətlər vasitəsilə məxfi şəkildə Rusiyaya ötürdüyü məlum olub. Rusiya isə bu mikrocipləri Ukraynada gedən müharibədə hərbi məqsədlər üçün istifadə edib. Ona görə də ABŞ və Avropa İttifaqı Ermənistana sanksiya tətbiqi barədə xəbərdarlıq edib.


Həmçinin, Rusiyanın beynəlxalq “SWIFT” sistemindən çıxarılmasından sonra “Mir” ödəniş sisteminin kartları sanksiyalar səbəbindən bir çox ölkələrdə fəaliyyətini dayandırsa da, Ermənistan buna şərait yaradıb. Lakin son günlər həm Qərbin təzyiqləri, həm də Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətlərində yaranmış gərginliklə əlaqədar “Mir” ödəniş sisteminin kartlarına bu ölkədə qadağa qoyulub.

Məsələ ilə bağlı açıqlama verən Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova VTB Ermənistan Bankının (Rusiya VTB-nin törəmə müəssisəsi) infrastrukturu istisna olmaqla, 2024-cü il martın 30-dan etibarən Ermənistandakı əksər bankların bankomat və POS terminallarında fəaliyyətini dayandıracağını deyib. Xatırladaq ki, Cənubi Qafqaz ölkələrinə səfər edən NATO-nun Baş katibi Yens Stoltenberq digər paytaxtlarda olduğu kimi, İrəvanda da apardığı danışıqlarda Ermənistanın anti-Rusiya sanksiyalarına qoşulmasını təklif edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi