Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn edilib

Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn edilib - FOTOLAR

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda torpağa tapşırılıb.

O, qardaşı mərhum xalq yazıçısı Maqsud İbrahimbəyovun yanında dəfn edilib.

Dəfn mərasimdə mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimləri, dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn edilir.

“Report” xəbər verir ki, dəfn mərasimində mədəniyyət və incəsənət xadimləri, dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi