Saakaşvili binanın başına çıxdı,intihar edəcəyi ilə hədələdi

Saakaşvili binanın başına çıxdı,intihar edəcəyi ilə hədələdi 

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukraynda evində axtarış aparan polisə etiraz olaraq yaşayış binasının damına çıxıb.

Faktinfo.az Strateq.az-a istinadən xəbər verir ki, Ukrayna mediasının verdiyi məlumata görə  o, axtarış dayanmazsa, intihar edəcəyini bəyan edib. 

Hazırda polis Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparır.

Saakaşvili isə damın başında hakimiyyətin əleyhinə sərt bəyanatlar səsləndirib. O, xalqı rejimə qarşı mübarizəyə çağırıb. Tərəfdarları isə "Mişa, Mişa" şüarları səsləndirərək, onu intihar fikirindən daşındırmağa çalışır

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi