Saakaşvili Zurabişvilidən əfv olunmasını istədi

Saakaşvili Zurabişvilidən əfv olunmasını istədi 

Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili dövlət başçısı Salome Zurabişvilidən əfv olunmasını istəyib.

O, bu barədə məhkəmə iclasında danışıb.

Saakaşvili bildirib ki, bir müddət Gürcüstandan kənarda olmalıdır:

"Təbii ki, xanım Zurabişvili bir imza ilə atasını uşaqlara qaytara və ən əsası, Gürcüstanda siyasi tarazlığı bərpa edə bilər".

Qeyd edək ki, M.Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün Tiflisdəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə kimi oradadır./report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi