Saakaşviliyə zor tətbiq olunub, onu döyüblər

Saakaşviliyə zor tətbiq olunub, onu döyüblər 

Xəbər verildiyi kimi, Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili bazar ertəsi Rustavi şəhərindəki həbsxanadan Tbilisinin kənarındakı Qldani rayonunda yerləşən penitensiar tibb müəssisəsinə köçürüldükdən sonra döyüldüyünü deyib.

Bu barədə Saakaşvilinin vəkili Nika Qvaramiya çərşənbə axşamı keçirdiyi brifinqdə bildirib.

Vəkil brifinqdə keçmiş liderin məktubunu oxuyub: “Penitensiar tibb müəssisəsinin əməkdaşları məni maşından çıxarmağa başladılar. İmtina etdikdən sonra zorla itələdilər, yerə yıxıldım. Boynuma bir neçə zərbə endirdilər. Saçımdan tutaraq sürüdülər”. Saakaşvili müəssisədə ona edilən tibbi müdaxilədən imtina edib və yalnız şəxsi həkimi ilə görüşəcəyini deyib. Eks-prezident bildirib ki, xəstəxanaya köçürülməsində məqsəd onun fiziki olaraq məhv edilməsidir.

Lakin hakimiyyət və penitensiar xidmət nümayəndələri Saakaşviliyə qarşı zorakılığa dair məlumatları təkzib edirdi. AzPolitika.info xəbər verir ki, buna cavab olaraq, bu gün Mixeil Saakaşvilinin “feysbuk” səhifəsində sabiq Prezidentə qarşı törədilən zorakılğı əks etdirən video yayımlanıb. Heç bir şərh əlavə olunmayan videoda bir neçə nəfərin Saakaşvilini yerə yıxaraq, sürüdüyü, ona qarşı güc tətbiq etdiyi görünür.

Onu da qeyd edək ki, Tbilisidə sözügedən hadisəyə etiraz əlaməti olaraq Saakaşviliyə dəstək aksiyası keçirilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi