Sabiq deputat vətəndaşın torpaq sahəsini zəbt edib-

Sabiq deputat vətəndaşın torpaq sahəsini zəbt edib- İddia

Sabiq deputat Ayaz Orucov 0.20 hektar torpaq sahəmizi zorla əlimizdən alıb.

Bu fikirlər Faktinfo.az-ın elektron poçtuna göndərilən şikayət məktubundandır.Beyləqan rayonu Əlinəzərli kəndi sakini Əliyev Ruhid Məhəmməd oğlu yazır:

"Yazıb bildirirəm ki, 2014-cü  ildə Beyləqan rayonunun sabiq deputatı  Ayaz Orucov şəhərinin mərkəzində yerləşən ailəmizə məxsus, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində reyestri 3/15, inventar nömrəsi 15 olmaqla qeydiyyatda olan 0.20 hektar torpaq sahəsini  vəzifəsindən sui istifadə edərək  əlimizdən  alıb.Zorla əlimizdən aldığı ərazini torpağımızın  yaxınlığında olan,  fırıldaq yolu ilə aidiyyatı orqanlardan aldığı 1 hektara yaxın torpaq sahəsinə qatıb, sonrakı halda ərazidə özünə imarət ucaldıb.Sabiq deputatın bu qədər sərvət toplayıb,ölkə hələ də "at oynatma"sı və ona qarşı  tədbir görülməməsi bu günün özündə də  müəmmalı olaraq qalır.

Halbuki, A.Orucovun  özü üçün  tikdirdiyi torpaqdakı imarətinə  dair heç bir hüquqi sənədi yoxdur.Biz  ailəmiz adından bir sahibkar,həm də vətəndaş olaraq  xahiş edirik ki, A. Orucov tərəfindən kobudcasına pozulmuş hüququmuzun  bərpasına ölkə rəhbərliyi tərəfindən təminat verilsin. A.Orucovun torpağımızı zəbt etməsinə görə,  barəsində  cinayət işi açılsın.İnanırıq səsimiz ölkə rəhbərliyinə çatacaq,pozulmuş hüququmuz bərpa olunacaq.

Sabiq deputatla əlaqə yaradıb,ona qarşı irəli sürülən iddiaya münasibət öyrənmək istəsək də mümkün olmadı.A.Orucovun da mövqeyini dərc etməyə hazırıq.

Faktinfo.az





Sabiq deputat vətəndaşın torpaq sahəsini zəbt edib-Sabiq deputat vətəndaşın torpaq sahəsini zəbt edib-Sabiq deputat vətəndaşın torpaq sahəsini zəbt edib-Sabiq deputat vətəndaşın torpaq sahəsini zəbt edib-Sabiq deputat vətəndaşın torpaq sahəsini zəbt edib-Sabiq deputat vətəndaşın torpaq sahəsini zəbt edib-Sabiq deputat vətəndaşın torpaq sahəsini zəbt edib-Sabiq deputat vətəndaşın torpaq sahəsini zəbt edib-Sabiq deputat vətəndaşın torpaq sahəsini zəbt edib-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər