Sabiq rektor ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirildi

Sabiq rektor ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirildi 

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb.

Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub.  Abel Məhərrəmov Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb.Bu barədə məlumatı  Media.az yayıb. 

 Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir.Xatırladaq ki, Abel Məhərrəmov noyabrın 15-də prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi