Şahzadə Diananın əl çantasının sirrləri

Şahzadə Diananın əl çantasının sirrləri 

Dünya mediyasının mütəmadi olaraq diqqət mərkəzində olmaq Kral ailəsini aksesuarlardan və bədən dilindən silah kimi istifadə etməyə vadar edirdi.

Faktinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Şahzadə Diana da bu üsuldan məharətlə istifadə edib. Bu işdə əl çantası həmişə onun köməyinə çatıb. Uels şahzadəsi əl çantasından istifadə etməklə əl tutuşaraq çəlimsiz görüşmələrdən yayına bilirdi.

Diana dünyada ən çox fotoşəkli çəkilən qadın olub.

O, eyni zamanda, avtomobildən düşən zaman sinəsini paparazzidən gizlətmək üçün də əl çantasından istifadə edib.

Şahzadənin dizayneri Anya Hayndmarç “Telegraph” qəzetinə müsahibəsində bu barədə açıqlama verib.

“O, cangüdənləri yanında olmadan gəlib bizimlə görüşərdi. Biz onun “sinə çantası” adlandırdığı atlaz çantalarını hazırlayan zaman çoxlu gülərdik. O, bu çantalar ilə sinəsini örtərdi”

Hayndmarç Şahzadəni çox sadiq və baməzə müştəri adlandırıb.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər