Sakinlər adından Eldar Əzizov cənabına minnətdarlıq edildi,ondan görüləsi işlərin...

Sakinlər adından Eldar Əzizov cənabına minnətdarlıq edildi,ondan görüləsi işlərin... 

Nizami rayon, Şirin Mirzəyev, 70 və 72 binalarının çoxsaylı sakinləri adından Əzimova Nazilə Şaban qızı (AZE18592543), Bayramova Sonaxanım Əhəd qızı (AZE146504370) Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov cənabına minnətdarlıq edirlər.


Bu barədə Faktinfo.az saytına göndərilən məlumatda deyilir. Bildirilir ki, hər iki binanın təmir edilməsi və həyətində abadlıq işlərinin aparılması üçün çoxsaylı sakinlər adından mətbuata göndərilmiş müraciət yayımlanandan sonra Eldar Əzizovun göstərişinə əsasən, aidiyyatı qurumlar hərəkətə keçdi. İlkin olaraq, hər iki binanın bloklarında təmir işləri görüldü.Butün bunlara görə hər iki şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və  tapşırıqlarından irəli gələn bir şəkildə,son illər Eldar Əzizovun davranışını,şəhər sakinlərinin istirahəti üçün görülən çoxsaylı işləri də təqdir edirlər.

Həmçinin,Əzimova Nazilə Şaban qızı və Bayramova Sonaxanım Əhəd qızı havaların soyumasını nəzərə alaraq,hər iki binanın sakinləri adından BŞİH-nin rəhbərliyindən görülməsi nəzərdə tutulan aşağıdakı  işlərin sürətləndirilməsini xahiş edirlər.


-70-ci binanın dam örtüyünə tolun vurulması, hər iki binanın sökülmüş bəzi "demoxod"ların yenidən bərpa edilməsi,

-binaların yenilənmiş blok pəncərələrinin sərhədlərinin çöldən "mata" ilə tutulması, 

-binaların su çəkən novlarının quraşdırılması, 

-binaların həyətə baxan hissələrinin suvanması,rənglənməsi işlərinin sürətləndirilməsini xahiş edirlər. 


Və hər iki binanın sakinləri əmindirlər ki, sonrakı halda binanın həyətində sıx şəkildə əkilmiş bəzi ağacların köçürülməsi, (birinci mərtəbədə mənzillərin işıqlandırılması baxımından),binaların həyətinin abadlaşdırılması və digər nəzərdə tutulmuş işlər ardıcıllığa uyğun keyfiyyətli şəkildə həyata keçiriləcəkdir.

Sonda hər iki şəxs bina sakinləri adından Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov cənabına əvvəlcədən təşəkkürlərini bildirirlər.

FAKTİNFO.AZ

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi