Sakit okeanda içində 4 min avtomobil olan gəmi yanır

Sakit okeanda içində 4 min avtomobil olan gəmi yanır 

Heyət üzvlərindən 4 nəfər ölüb, bir nəfər isə itkin düşüb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Sincerity Ace gəmisi qəfil yanmağa başlayıb. Gəmi Yaponiyadan Havay adalarına avtomobil aparır. Yanan gəminin içində 3804 avtomobil var. Onlardan 3500-ü “Nissan” markalı avtomobillərdir.

Xilasedicilər heyət üzvü olan 16 nəfəri xilas edə biliblər. 4 nəfər ölüb, bir nəfər isə itkin düşüb.

Hadisənin baş vermə səbəbləri məlum deyil.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi