Şamaxıda ana əməliyyat zamanı öldü

Şamaxıda ana əməliyyat zamanı öldü 

Şamaxıda ana doğuşdan sonra dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, Şamaxı şəhər sakini, 1984-cü il təvəllüdlü Amirə Binyətova doğuş üçün rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirən A. Bünyatovanın qəflətən halı pisləşib və o, komaya düşüb.

Yerli və Bakıdan dəvət olunan həkimlərin tibbi yardımlarına baxmayaraq, qadını xilas etmək mümkün olmayıb.

A.Binyətovanın ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi