“Sədərək” Ticarət Mərkəzində güclü yanğın

“Sədərək” Ticarət Mərkəzində güclü yanğın :əraziyə helikopter göndərildi + FHN-dən açıqlama-Yenilənib

“Sədərək” Ticarət Mərkəzində güclü yanğın başlayıb.

FHN-nin açıqlamasına görə, yanğın söndürülüb.

Hadisə yerində olan nazir müavini Etibar Mirzəyev yanğınla bağlı araşdırma aparıldığını deyib.

***

Bu barədə Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Məlumata görə, “Sədərək” Ticarət Mərkəzində 1000 kvadratmetrdən çox ərazidəki mağazalar yanıb.

Hazırda  yanğınsöndürmə işləri davam etdirilir.

Hadisə yerinə helikopter də cəlb olunub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi