Səfər Mehdiyevlə bağlı sensasiya: külli miqdarda vəsaitlə...

Səfər Mehdiyevlə bağlı sensasiya: külli miqdarda vəsaitlə... 

Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevlə bağlı sensasiya sayıla biləcək məlumat yayılıb.

Axar.az-a daxil olan məlumatda bildirilir ki, S.Mehdiyev tez-tez xaricə səfər etməyə başlayıb və hər gedişində külli miqdarda vəsait çıxarır.

Onun hər dəfə külli miqdarda vəsaiti  "xərcləmək üçün" apardığı bildirilsə də, səfərlər arasında intervalın çox sıx olması general-polkovnikin ölkədən vəsait daşıdığı təəssüratını yaradıb. S.Mehdiyevin külli miqdarda vəsaiti ölkədən necə çıxara bilməsi də maraqlıdır.

Xatırladaq ki, 1973-cü il təvəllüdlü Səfər Mehdiyev 2018-2022-ci illərdə Gömrük Komitəsinə sədrlik edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi