"Şəffaflığın məhdudlaşdırılması bizi məyus etdi"

"Şəffaflığın məhdudlaşdırılması bizi məyus etdi" - ABŞ Səfirliyindən seçki bəyanatı

"Amerika Birləşmiş Ştatları ATƏT DTİHB-nin monitorinq missiyasının 9 fevral seçkilərinin həqiqi rəqabətin qarşısını alan məhdudlaşdırıcı qanunverici və siyasi mühitdə keçdiyinə dair müşahidə və narahatlıqlarını bölüşür. Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu".

AzPolitika.info xəbər verir ki, bu fikirlər ABŞ-ın Azərbaycandakı səfirliyinin bəyanatında bildirilir.

Məlumatda bildirilir ki, seçki günü DTİHB-nin müşahidə etdiyi ciddi prosedur pozuntuları, o cümlədən səs qutularının toplu bülletenlərlə doldurulması, qrup şəklində səsvermə, tutuşdurma prosedurlarına məhəl qoyulmaması və səslərin sayılması zamanı şəffaflığın məhdudlaşdırılması bizi məyus etdi: "Azərbaycan seçki prosesindəki pozuntuları tez bir zamanda araşdıracağına söz verib. DTİHB-nin hesabatından məlum olur ki, çox sayda qayda pozuntuları baş verib. Bunları araşdırmaq və ATƏT DTİHB-nin keçmiş və gələcək tövsiyələrini həyata keçirmək Azərbaycan üçün ATƏT-in üzv olkəsi kimi olaraq öz üzərinə götürdüyü, daha da vacibi isə, Azərbaycan xalqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi məqsədilə vacib olacaqdır.

Biz güclü, sabit, demokratik və firavan gələcəyi təmin etmək üçün göstərdikləri səylərdə Azərbaycan hökuməti və insanlarıyla işləməyə sadiq qalırıq".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi