“Şəffaflıq Azərbaycan”ın icraçı direktoru dəyişdi – Əliməmməd Nuriyev yeni vəzifəyə seçildi

“Şəffaflıq Azərbaycan”ın icraçı direktoru dəyişdi – Əliməmməd Nuriyev yeni vəzifəyə seçildi 

Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Milli Bölməsi – “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin (İB) icraçı direktoru dəyişdirilib.

İcraçı direktor Rəna Səfərəliyeva vəzifəsindən ayrılıb. O, bunu ekspert fəaliyyətilə məşğul olmaq istəməsi ilə izah edib.

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi İdarə Heyətinin iclası keçirilib.

İdarə Heyətinin qərarına əsasən, İB-nin icraçı direktoru vəzifəsinə hüquq müdafiəçisi Əliməmməd Nuriyevseçilib.

Ə.Nuriyev bu təyinata qədər “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi İdarə Heyətinin üzvü olub./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi