ŞƏHİD ANASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN ƏSASLANDIRMASINI ALT-ÜST ETDİ

ŞƏHİD ANASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN ƏSASLANDIRMASINI ALT-ÜST ETDİ -Təfərrüat

Faktinfo.az xəbər verir ki,Kənd Təsərrüfatı nazirliyi onun struktur vahidləri ilə bağlı saytların elektron poçtuna göndərilən şikayət məktublarının sayı-hesabı yoxdur.Göndərilən şikayət məktublarından,narazılıqlardakı motiv üzrə yüngül məntiqi əsaslandırmadan aydın olur ki, vətəndaşları əsassız yerdən narazı salan nazirliklərdən biri də KTN-dir.


Ola bilər ki,nazirlikdəki aidiyyatı şəxslər özlərini mütləqi hakim bilib,onlara ünvanlanan şikayətlərə əhəmiyyətsiz yanaşsın.Amma o da ağla batan deyil ki,saytlara ictimailəşdirilməsi üçün göndərilən şikayətlər birinci halda Prezident Administrasiyasına ünvanlanmasın və bir gün bu şikayətlərin təhlili nazirlik rəsmiləri üçün müsbət nəticələnsin.

Faktinfo.az bildirir ki,Kənd Təsərrüfatı naziri İnam Kərimovun kadr siyasətindən narazı qalan vətəndaşlardan biri də Tovuz rayonu,Vahidli kənd sakini,Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızıdır.Bir ildən çoxdur ki,şəhid anası media orqanlarına şikayət məktubları ünvanlayır,övladı Həsənov Naməddin Tofiq oğlunun əsassız olaraq işdən çıxarılmasını əsaslandırır. 

Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızının Faktinfo.az saytına ünvanladığı növbəti şikayət məktubu isə, Kənd Təsərrüfatı nazirliyinin "məntiqini" alt-üst edir.

  

Şikayət məktubunu təqdim edirik:


Hörmətli media orqanlarının rəhbərləri!


Bir ildən artıqdır ki,mətbuata yazıram.Və bildirirəm ki,Kənd Təsərrüfatı nazirliyi oğlum Həsənov Naməddin Tofiq oğlunu qanunsuz olaraq əmək müqaviləsinin müddətinin başa çatmasını əsas götürərək işdən azad edib. 

Bildirirəm ki, bununla bağlı Kənd Təsərrüfatı nazirliyinin mətbuat xidmətindən Meydan tv-yə yalan məlumat verilərək ölkə mediasını,ictimaiəti çaşdırmağa yönəlik fikirlər səsləndirilib.Belə ki,Kənd Təsərrüfatı nazirliyinin mətbuat xidmətindən Meydan tv-yə bildirilib ki,Həsənov Naməddin Tofiq oğlunun vəzifəsi ixtisara düşdüyündən ona başqa iş təklif olunub və o da bunu  qəbul etməyib.


İnam Kərimov və onun qeyri-peşəkar komandasının bu məlumatının ağ yalan olduğunu faktlarla sübut edirəm.


1.Aqrar Xidmətlər Agentliyinin 01 oktyabr 2021-ci il tarixli, 286/k nömrəli əmrinin surətini müraciətimə əlavə edirəm. Əmrin sonunda qeyd olunub ki, ƏSAS: Naməddin Həsənovla bağlanmış müddətli əmək müqaviləsinin başa çatmasını əsas götürərək işdən azad edib.Yeri gəlmişkən,Naməddin Həsənovun işdən azad edilməsi haqqında verilən əmr təsdiqləyir ki,onun işlədiyi ştat ixtisara düşməyib,şəxsin əmək müqaviləsinin uzadılmasına xitam verilib.Əmrin surəti aşağıda foto qalareyyada.


2.Əgər həmin vəzifə ixtisara düşübsə həmin  vəzifəyə,oğlumun yerinə başqasını necə təyin ediblər və bu təyinatda da dəfələrlə qeyd etdiyim kimi Korrupsiyaya Qarşı Mübarizə haqqında qanunun 7-ci maddəsi kobud şəkildə pozulub.


3.Dəfələrlə qeyd etdiyim kimi Nazirlər Kabinetinin, yəni hökumətin 15 yanvar 1994-cü il tarixli,10 saylı qərarının 3.2.9. bəndində qeyd olunur ki,idarə və təşkilatlarda ixtisar gedərsə şəhid ailəsi üzvlərinə üstünlük verilir, yəni şəhid ailəsinin üzvləri ixtisara düşmür, təşkilatın fəaliyyəti tam dayandırılarsa şəhid ailəsi üzvüləri başqa təşkilatda işlə təmin olunurlar.Oglumun işlədiyi təşkilatda heç bir ixtisar getməyib,əksinə idarənin fəaliyyəti daha da genişləndirilib.Oğlumun  əmək müqaviləsinə xitam verərək yerinə isə  cənab prezidentimizin tapşırıqlarının və Nazirlər Kabinetinin qərarının tam əksinə olaraq səriştəsiz,müharibədə iştirak etməyən birini təyin ediblər.


4.Necə olur ki, respublika üzrə fəaliyyət göstərən təşkilatda yalnız bir ştat ixtisara düşür və o da şəhid və veteran qardaşının işlədiyi vəzifə olur.Digər tərəfdən, həmin vəzifə ştatından başqa rayonlarda da var və onlar niyə ixtisara düşməyib?


5.Kənd Təsərrüfatı nazirliyinin əməkdaşı Rəşad Vahabzadə şikayət etdiyimizə görə bizi təhqir edib və bildirib ki, ərizəsini yazıb işdən azad olunub.Əslində isə ixtisasca neftçi olan Rəşad Vahabzadə işdən azad olunmayıb və nazirlikdə at oynadır,vəzifəli şəxsə yaraşmayan ifadələrlə şəhid ailəsini təhqir edir.

 

Hörmətli media orqanlarının rəhbərləri!

Sizləri əmin edirəm ki, Kənd Təsərrüfatını bərbad və idxaldan aslı vəziyyətə salan,ixtisaslı kadr korpusunu məhv edən,ölkəni aclıq və fəlakətə sürükləyən,şəhid anasını vətən,dövlət üçün oğullar böyütdüyünə peşiman edən İnam Kərimov haqqında nə vaxtsa  yazacaqsınız.Amma onda bu gec də ola bilər.Çünkü ölkəni ərzaq böhranından xilas etmək bir-iki ilin işi deyil.

Hörmətlə,

Həsənova Ceyran Məhəmməd qızı

Şəhid və Qarabağ veteranı anası



ŞƏHİD ANASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN ƏSASLANDIRMASINI ALT-ÜST ETDİŞƏHİD ANASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN ƏSASLANDIRMASINI ALT-ÜST ETDİ
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi