Şəhid Yasif Kərimovun qardaşı,alim Azər Kərimovun gördüyü abadlıq işi

Şəhid Yasif Kərimovun qardaşı,alim Azər Kərimovun gördüyü abadlıq işi -YOL ÇƏKİLİŞİ-VİDEO

Çexiya -Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri,texniki elmlər doktoru,professor Azər Kərimov /Rəsul/ Avropa ölkələrində soydaşlarımızın ali məqsəd ətrafında birləşməsi üçün əlindən gələni edən şəxslərdən biri kimi tanınır.

Faktinfo.az xatırladır ki,Azər Kərimov həm də çox uğurlu alim kimi Çexiya Respublikası Brno Texniki Universitetində ilk pedaqoji fəaliyyətlə məşğul olan Azərbaycanlı professordur.


O, Çexiya Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin xətti ilə Azərbaycan həqiqətlərini digər xalqların nümayəndələrinə təbliğ edir,Azərbaycan Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri kimi çox geniş fəaliyyəti ilə seçilir. O, diaspor rəhbəri kimi Avropa ölkələrində soydaşlarımızın ali məqsəd ətrafında birləşməsi üçün əlindən gələni əsirgəmir.Məram, məqsəd bu insan üçün bununla da tamamlanmır.


Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndindən ailəlikcə çıxarılan Azər Feyzi oğlu Kərimov Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşıb.O gündən,bu günə Yeni Daşkənd kəndi onun üçün doğmalaşıb,o,kəndin bir yetirməsi kimi problemlərə biganə qalmayıb,kəndinin abadlaşması üçün əlindən gələni edib.Elə Yeni Daşkənd kəndinin küçəsinə maddi vəsaiti hesabına çəkdirdiyi yol da müsbət nümunələrdən biridir.


Faktinfo.az məlum müsbət hadisəylə bağlı videonu təqdim edir:

 



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər