Selfi ilə mədəaltı xərçəngi təyin edən mobil əlavə yaradılıb- ABŞ-da

Selfi ilə mədəaltı xərçəngi təyin edən mobil əlavə yaradılıb- ABŞ-da 

Vaşinqton Universitetinin alimləri selfi vasitəsilə mədəaltı xərçəngi təyin edə bilən mobil əlavə yaradıblar.

"life.ru" xəbər verir ki, "Biliscreen" gözün ağında bilirubinin sayını təhlil edir. Sarılıq mədəaltı vəzi xərçənginin yaranmasının əlamətlərindən biridir. Xəstəliyin yaranmasından sonra beş il ərzində yaşama ehtimalı cəmi 9 faizdir, çünki bu xəstəlik ağırlaşmayacağı təqdirdə nəzərə çarpmır. Saralmış toxumalar da alkoqolizm və hepatit olduğu zaman qaraciyərlə bağlı problemlərdən xəbər verir.

Mobil əlavə gözlərin şəkilini çəkir və sarı ləkələrin səviyyəsini təhlil edir. Onun nəticələri qan təhlilləri ilə müqayisə edilib və 90 faiz nəticələr üst-üstə düşüb.

Tədqiqatçılar daha geniş çərçivədə insanları yoxlayaraq dəqiq nəticə əldə etmək üzərində işləyirlər. Onlar ümid edirlər ki, bu əlavə vasitəsilə pasiyentlərdə mədəaltı vəzi xərçəngini nəzarətdə saxlamaq daha sadə və asan olacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi