Şəmsəddin Hacıyev:"Belə publik formada olmalı idi, ya olmalı deyildi,qoy ona jurnalistlər cavab tapsın"

Şəmsəddin Hacıyev:"Belə publik formada olmalı idi, ya olmalı deyildi,qoy ona jurnalistlər cavab tapsın" 

Eks millət vəkili Şəmsəddin Hacıyevin bu gün sabiq kürəkəni Seymur Orucovun toy mərasimini eşidərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb.

Faktinfo.az xəbər verir ki,Manset.az məsələ ilə bağlı İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyevlə əlaqə saxlayıb.

O, açıqlamasında qızı Çeşmi Hacıyevanın Seymur Orucovdan 2 il bundan əvvəl boşandığını qeyd edib: "Bu, çox axmaq hərəkətdir.Belə publik formada olmalı idi, ya olmalı deyildi,qoy ona jurnalistlər cavab tapsın.Mənim qızım 2 il əvvəl ondan boşanıb.Mən niyə onun evlilik xəbərini eşidib xəstəxanaya düşməliyəm? Bu söhbətlər absurddur”.

Qeyd edək ki, bu gün sabiq millət vəkili Şəmsəddin Hacıyevin keçmiş kürəkəni Seymur Orucovla tanınmış aparıcı Alidə Mustafayevanın şəhərin lüks restoranlarından birində toy mərasimi baş tutacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər