SEPAH-ın komandirləri və siyasi xadimlər öldürülüb -

SEPAH-ın komandirləri və siyasi xadimlər öldürülüb - KİV

ABŞ və İsrailin birgə həyata keçirdiyi hücumlar nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə yüksək rütbəli komandiri həlak olub.

Xarici mətbuatın məlumatına görə, İran rəsmilərinə yaxın mənbələr təsdiqləyib ki, bu zərbələr zamanı SEPAH-ın bir sıra yüksək rütbəli komandirləri və siyasi səviyyədəki şəxslər öldürülüb.

Hücumlar İranın hərbi infrastrukturuna və rejimə bağlı obyektlərə yönəlib, xüsusilə raket imkanlarını və hava müdafiə sistemlərini zəiflətmək məqsədi daşıyıb.

Bu hadisələr regionda gərginliyin kəskin artmasına səbəb olub və İran tərəfindən cavab tədbirlərinin gözlənildiyi bildirilir./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi