“Serjantı cəzalandıran polis rəisi özü cəzalandırıldı” -

“Serjantı cəzalandıran polis rəisi özü cəzalandırıldı” - XPŞ-də nə baş verir?

Xaçmaz stansiyası XPŞ-nin rəisi Həmid Həmidova ciddi xəbərdarlıq edilib. Bununla bərabər polis rəisinin daha ciddi cəzalandırılmalı olduğunu hesab edənlər də var.

Faktinfo.az xəbər verir ki,bu barədə “Şimal xəbərləri” facebook səhifəsinə  istinadla Tərəf.az məlumat yayıb.

Sayt bildirir ki,ciddi xəbərdarlıq almasına baxmayaraq, Həmid Həmidov bundan nəticə çıxarmayıb. Ambulator müalicədə və bülletendə olan Yalama stansiyası XPB-nin polis nəfəri Elxan Abdullayevlə bağlı DİN-in hospitalına, Xaçmaz şəhərindəki “Tofiqoğlu” tibb mərkəzinə sorğular göndərərək serjantın həqiqətən xəstə olub-olmadığını öyrənmək istəyir. Maraqlıdır, axı DİN-ə müraciətindən sonra nəqliyyatda baş polis idarəsinin rəhbərliyi Elxanı hospitala göndərmişdi, orada da xəstəliyini təsdiq etmişdilər. Məgər polis rəisi DİN hospitalının həkimlərinə inanmır? Yoxsa, general Emin Şəkinskinin əmri ilə ona verilən xəbərdarlığa məhəl qoymur? 

Sayt onu da qeyd edir ki,Xaçmaz stansiyası XPŞ-dəki mötəbər mənbənin verdiyi  məlumata görə, cəzası üstündən götürülən təkcə Elxan Abdullayev deyil. Sən demə, Yalama stansiyası XPB-nin rəisi Pərviz Rzayevin də üzərindəki töhmət ləğv edilib. İndi şöbə rəisi ilə bölmə rəisi arasında münasibətlər gərgin fazaya daxil olub. Bunun səbəblərindən biri də E. Abdullayevin anasının daxili işlər naziri Ramil Usubova məktub ünvanlaması olub.Bundan sonra Daxili İşlər naziri Ramil Usubov polis serjantı Elxan Abdullayevin hüquqlarını qoruyub. 

O da vurğulanır ki, Xaçmaz stansiyası XPŞ-də qeyri-sağlam mühit hökm sürür:

  Verilən informasiyalarda o da bildirilir ki, serjant Elxan Abdullayev bülletendə olduğu halda barəsində hər gün işə çıxmadığı barədə raportlar yazılır. Həmid Həmidov bütün vasitələrdən istifadə edərək onu günahkar çıxarmağa çalışır. Əgər serjant xəstədirsə və həkimin məsləhəti ilə bülleten alaraq ambulator qaydada müalicə olunursa şöbə rəisi nədən narahatdır? Burada qeyri-qanuni nə var ki? Görünür, Elxan Abdullayevi zorla təqaüdə çıxmağa məcbur etmək istəyirlər. Polis serjantı isə səbrlə dözür, heç bir açıqlama vermir, müalicəsini davam etdirir və əməliyyata hazırlaşır. Deyilənə görə, o, köhnə iş yerinə qayıtmaq üçün də müraciət edib. Lakin baş idarədən onun xahişini qəbul etməyiblər.

O da bildirilir ki,Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Emin Şəkinski polis serjantı Elxan Abdullayevin anasının şikayətini  araşdırarkən  qətiyyətli mövqe tutub, şöbə rəisi cəzalandırılıb. Lakin hələ də  Həmid Həmidovun şöbədə normal və işgüzar şərait yaradacağına ümid yoxdur. Çünki, bu şəxs nə qədər acınacaqlı olsa da indiyədək serjantla küsülü gəzir.




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi