Sərnişin Rusiya təyyarəsini qaçırdı -

Sərnişin Rusiya təyyarəsini qaçırdı - Yenilənib

Rusiyada Surqut-Moskva reysi ilə uçan sərnişin təyyarəsi naməlum şəxs tərəfindən qaçırılıb.

Axar.az xəbər verir ki, sərnişinlərdən biri pilotlardan təyyarəni Əfqanıstan istiqamətinə döndərməyi təklif edib.

Hazırda təyyarə Xantı-Mansisysk aeroportuna enib. Məlumata görə, sərnişinlər həmin şəxsi təyyarənin yanacaqla doldurulması məsələsində razı sala biliblər.

***

“Aeroflot”a məxsus SU1515 reysi ilə uçan təyyarənin qaçırılması ilə bağlı bəzi məqamlar bəlli olub.

“RİA Novosti” agentliyinin əməkdaşı bildirib ki, təyyarəni qaçıran şəxsin adı Paveldir və onun 41 yaşı var.

Agentlik təyyarəni qaçıran şəxsin sərxoş olduğunu bildirib.

Qeyd edək ki, təyyarədə 69 sərnişin və 7 heyət üzvü var.

***

Surqut-Moskva reysi ilə uçan təyyarəni qaçıran şəxs saxlanılıb.

Bu barədə Rusiya Milli Antiterror Komitəsindən məlumat verilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi