Səs yazısı yayılan direktor işdən çıxarıldı

Səs yazısı yayılan direktor işdən çıxarıldı 

Bakıda “Son zəng”ə görə pul tələb etdiyi iddia edilən məktəb direktoru işdən çıxarılıb.

Bu barədə Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin açıqlamasında bildirilib.

Məlumata görə, Bakı şəhəri, 207 nömrəli tam orta məktəbin direktorunun yayılmış səs yazısı ilə əlaqədar olaraq araşdırmalar aparılıb:

“Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib. Təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi