Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı sürətlə artır

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı sürətlə artır 

Səudiyyə Ərəbistanında son sutkada 1 701 nəfərə koronavirus diaqnozu qoyulub.

Bunu krallığın Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, ölkədə koronavirus yoluxma faktlarının sayı 35 432-yə çatıb.

Bildirilib ki, yeni yoluxma hallarının 87%-i kişilərdə qeydə alınıb.

Bundan başqa, ölkədə pandemiya qurbanlarının sayı 10 nəfər artaraq 229-a yüksəlib.

Qeyd edək ki, Yaxın Şərq ölkəsində koronavirusa ilk yoluxma faktı martın 2-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 271 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi