
Seyran Səxavət “Xəzər TV”ni boykot etməyə çağırdı - "Mən bu saat cəmiyyəti redaktə edirəm" -VİDEO
Taninmış yazıçı Seyran Səxavət “Xəzər TV”nin rəhbəri Murad Dadaşova müraciət edib. O, noyabrın 3-də telekanalın “İncə səhər” verilişində qonaq olarkən çıxışının bəzi hissələrinin efirdən kəsilməsinə etiraz edib.
Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Yazıçı buna görə verilişi boykot etməyə çağırıb və Murad Dadaşovdan məsələyə aydınlıq gətirməsini istəyib.
Seyran Səxavətin həmin videmüraciətini təqdim edirik.
“Hörmətli Murad Dadaşov, “Xəzər TV”nin direktoru!
Ayın 3-də sizin televiziyanın səhər saat 10-da başlayan “İncə səhər” verilişində qonaq kimi çıxış etdim.
Bəribaşdan deyim ki, hətta oradakı texniki işçilər də mənim dediklərimi alqışlayırdılar. Söhbət məndən getmir, mən incikliyimi bildirirəm.
Aramızda səninlə haqq-salamımız da var.
Amma, məsələn, dövlətin rəsmi statistikasının verdiyi məlumatı mən orada deyirəm, onu kəsirlər. Niyə kəsirlər? Başa düşmədim.
Mən sənin də, “Xəzər”də işləyənlərin də hamısının xətrini çox istəyirəm. Amma sözün, həqiqətin xətrini sizin hamınızdan çox istəyirəm.
Ona görə də sənə öz narazılığımı bildirirəm. İndi nə tədbir görərsən, görməzsən, özün bilərsən.
Məni tanıyan, məni sevən yüz minlərlə oxucumu “Xəzər TV”nin “İncə səhər” verilişini boykot etməyə çağırıram. Baxmasın heç kəs ona.
Çünki mənim 81 yaşım var, mənim redaktə olunan vaxtım deyil. Mən bu saat cəmiyyəti redaktə edirəm. Mən bu saat dünyanı redaktə edirəm. “Xəzər TV”nin hansısa redaktoru məni redaktə edir. Mən lazım olanda dünyanı, Azərbaycanı, öz əhatəmi redaktə edirəm, bunlar isə məni redaktə edirlər.
Xeyri olsun. Xahiş edirəm, araşdır, mənə rəsmi cavab ver. Gözləyirəm.
Hörmətlə, Seyran Səxavət”.












Bu xəbər üçün şərh yazın