“Şikayətçilər “Qaynar xətt”ə müraciət etsinlər” – Təhsil Nazirliyi 8 Martla bağlı

“Şikayətçilər “Qaynar xətt”ə müraciət etsinlər” – Təhsil Nazirliyi 8 Martla bağlı 

Bəzi valideynlərin sosial şəbəkələrdə paylaşdığı məlumatlara görə, 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə orta məktəblərdə pul yığımına başlanılıb.

Bununla bağlı hansı tədbirlərin görüləcəyini öyrənmək üçün Təhsil Nazirliyinin elektron hesabına sorğu ünvanladıq. Nazirliyin mətbuat xidmətindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə fəaliyyət göstərən ümumitəhsil müəssisələrində şagirdlərdən hər hansı pul vəsaitinin tələb olunması yolverilməzdir:

“Bu halın qarşısını almaq üçün Təhsil Nazirliyinin nəzdində “Qaynar xətt” yaradılıb. Konkret faktlar olduğu təqdirdə valideynlər 146 nömrəli “Qaynar xətt” xidmətinə müraciət edə bilərlər”.//Modern.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi