Sinoptiklər xəbərdarlıq etdi: Qar, yağış, külək...

Sinoptiklər xəbərdarlıq etdi: Qar, yağış, külək... 

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi barədə məlumat yayıb.

Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 27-si axşamdan 28-i gündüzədək qısamüddətə qərb, şimal-qərb küləyinin 15-20 metr/saniyə, arabir 23-25 metr/saniyə, səhər yarımadanın bəzi yerlərində arabir 28-32 metr/saniyəyədək güclənəcəyi gözlənilir.


Dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində fasilələrlə yağıntılı olacağı ehtimalı var.


Azərbaycanın rayonlarında dekabrın 27-si axşamdan 28-i axşamadək bəzi yerlərdə qərb küləyinin 15-20 metr/saniyə, arabir 23-25 metr/saniyə, 28-də ayrı-ayrı yerlərdə arabir 28-32 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi